Bərpa olunan enerji
Günəş panelləri və elektrik stansiyalarında ekoloji texnologiyalar.
Azərbaycanın infrastruktur inkişafında mühüm rol oynayan "Great Construction" MMC, hər zaman yenilikçi tikinti yanaşması və etibarlı icra qabiliyyəti ilə fərqlənir. Şirkətimiz yol və nəqliyyat infrastrukturu, sənaye obyektləri, enerji və digər strateji əhəmiyyətli sahələr üzrə irimiqyaslı layihələrin layihələndirilməsi və tikintisini həyata keçirir. Biz hər bir layihədə innovativ yanaşmanı, keyfiyyət və təhlükəsizlik standartlarına tam riayət olunmasını prioritet hesab edirik.
Müasir texnologiyalar və peşəkar komanda sayəsində dayanıqlı və uzunömürlü infrastrukturlar yaratmaq.
Dayanıqlı, təhlükəsiz və gələcəyə yönəlmiş mühəndislik həlləri təqdim etmək.
"Great Construction" MMC tikinti sahəsində fəaliyyət göstərmək üçün rəsmi lisenziya əldə etmişdir. Bu nailiyyət şirkətimizin keyfiyyət standartlarını qoruyaraq iş prosesinə müasir yanaşmalar və innovasiyalar gətirməsinin nəticəsidir. Lisenziyanın əldə edilməsi "Great Construction" üçün inkişafın yeni mərhələsini açmış, şirkətin peşəkar və dayanıqlı inşaat fəaliyyəti üçün möhkəm əsas yaratmışdır.

Biz ekspert mütəxəssislərimiz və peşəkar heyətimiz ilə yaratdığımız inteqrasiya olunmuş xidmətlərimizlə layihənizin öz korporativ hədəflərinə çatmasını təmin edirik.
SƏTƏM siyasətimiz – "Great Construction" MMC-nin hər layihədə və əməliyyat sahəsində əsas prioritetidir. Şirkətimiz sağlam iş şəraiti yaratmaq, əməkdaşların təhlükəsizliyini təmin etmək və ətraf mühiti qorumaq məqsədilə SƏTƏM prinsiplərini sistemli və davamlı şəkildə həyata keçirir. Bu siyasət yalnız sənəd üzərində qalmır; hər bir əməkdaşın gündəlik fəaliyyəti, layihələrin planlaşdırılması və icrası prosesində tətbiq olunur. Rəhbərlik tam məsuliyyət daşıyır və SƏTƏM tələblərinə riayət edilməsini şirkətin bütün fəaliyyət sahələrində öhdəlik kimi müəyyənləşdirir.

"Great Construction" – Azərbaycanın infrastruktur və enerji sektorunda fəaliyyət göstərən, dayanıqlı gələcəyin qurulmasına töhfə verən aparıcı inşaat şirkətidir. Biz inanırıq ki, inkişaf yalnız ətraf mühitlə harmoniyada olduqda dəyərlidir. Şirkətimizin ekoloji siyasəti beynəlxalq standartlara və "yaşıl enerji" strategiyasına tam uyğundur.
Günəş panelləri və elektrik stansiyalarında ekoloji texnologiyalar.
Torpaq, hava və suyun qorunması üçün nəzarət sistemləri.
Müasir izolyasiya və qənaətcil materiallar.
Çeşidləmə və təkrar emal.
Ağacəkmə və yaşıllaşdırma təşəbbüsləri.

Şirkətimiz insan resurslarını əsas strateji dəyər kimi qəbul edir və kadr siyasətini beynəlxalq tələblərə uyğun, sistemli şəkildə həyata keçirir. Əsas məqsədimiz — peşəkar, məsuliyyətli və motivasiyalı komanda formalaşdırmaqdır. Kadr siyasətimiz işə qəbuldan inkişaf və qiymətləndirməyə qədər ədalətlilik, şəffaflıq və səmərəlilik prinsipləri üzərində qurulub.
HR şöbəsi əmək qanunvericiliyinə və beynəlxalq əmək prinsiplərinə uyğun fəaliyyət göstərir. Mütəmadi ixtisasartırma təlimləri, peşəkar bacarıq proqramları və liderlik seminarları təşkil olunur; hər əməkdaş üçün fərdi inkişaf planları hazırlanır.
Güclü komanda – dayanıqlı və uğurlu gələcəyin təməlidir.
"Great Construction" ISO 9001:2015 sertifikatına əsasən öz QA/QC siyasətini inkişaf etdirmişdir. Şirkətin keyfiyyətin təmin edilməsi üzrə ayrıca komandası var; sistem illik audit planına və müştəri tələblərinə uyğun yoxlanılır. QA/QC şöbəsi aşağıdakı sahələrdə təchizatçı və layihə nəzarətini həyata keçirir:
Şirkətimiz ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 14001:2015 (Ətraf Mühitin İdarəetmə Sistemi), ISO 45001:2018 (Əməyin Təhlükəsizliyi və Sağlamlığın İdarəetmə Sistemi) və ISO 10002:2018 (Müştəri Məmnuniyyəti və Şikayətlərin İdarəetmə Sistemi) üzrə beynəlxalq sertifikatlara layiq görülmüşdür. "Great Construction" komandası qlobal təcrübəni yerli bazarın tələbləri ilə birləşdirərək həm dövlət, həm də özəl sektorda etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.




Sertifikatlaşdırma: bel cert.
Növbəti obyektiniz bizim növbəti sübutumuz olsun.